Ermənistan

Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib

16 İyul 2026 21:13
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus "Araratsement" şirkəti dövlət idarəçiliyinə keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qanunsuz mənşəli əmlakın müsadirə olunması haqqında" icraat çərçivəsində şirkət Antikorrupsiya Məhkəməsinin qərarı ilə Ermənistan dövlətinin idarəçiliyinə verilib.

Bundan əlavə, iddia ərizəsi çərçivəsində hakimiyyət orqanları Qaqik Sarukyandan 75 daşınmaz əmlak obyekti, 10 digər əmlak vahidi və 42 nəqliyyat vasitəsinin bazar dəyərinin müsadirə olunmasını tələb edir.

Qeyd edək ki, iyulun 6-da Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılan Qaqik Sarukyan külli miqdarda dələduzluq təşkil etmək və çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.