Xameneinin dəfn olunduğu məqbərədə yanğın oldu (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda keçmiş Ali Lider Seyid Əli Xameneinin dəfn olunduğu Məşhəddəki İmam Rza məqbərəsində yanğın baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün ziyarətgah kompleksinin daxilindəki tikinti sahəsində qeydə alınıb.
Məlumata görə, alov fəhlələr tərəfindən bitum (qatran) emalı zamanı baş verib. Qısa müddətdə məqbərənin üzərini qara tüstü bürüsə də, əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları alovun qarşısını almağa nail olublar.
Yanğınsöndürənlər alovun mərkəzi məqbərəyə və yaxınlıqdakı tarixi Gövhərşad məscidinə keçməsinə imkan verməyiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb və məqbərəyə heç bir ziyan dəyməyib.
Qeyd edək ki, bu, sözügedən kompleksdə baş verən ilk belə hadisə deyil. Belə ki, 2022-ci ildə elektrik nasazlığı, bu ilin əvvəlində isə təmizlik avadanlığının alışması səbəbindən məqbərədə kiçikmiqyaslı yanğınlar qeydə alınmışdı.
Məlumat üçün bildirək ki, ziyarətgah xüsusilə son günlərdə keçmiş Ali Lider Əli Xameneinin orada dəfn edilməsi ilə yenidən dünya mətbuatının diqqət mərkəzinə düşüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elvin Məmmədxanova vəzifə verildi
-
Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib
-
FIFA Argentinanı cəzalandırmayacaq
-
Azərbaycan XİN: Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb
-
Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi
-
Halukla bağlı 2 qadından qalmaqallı açıqlama
-
Xameneinin dəfn olunduğu məqbərədə yanğın oldu (Video)
-
Tərtərdəki qəzada ölənlər ər-arvad imiş - (Foto)
-
Türkiyədə onlarla turist hoteldə zəhərləndi
-
Sabah Biləsuvarda qaz kəsiləcək
-
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
-
“Yeşilçam”ın əfsənəsi Hale Soygazi 75 yaşında - (Foto)
-
Mariana Vasilevaya yüksək vəzifə verildi
-
ABŞ Rza Zərrab barədə qərar verdi
-
İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Bakıda ilk yarımildə 7 minə yaxın cinayət qeydə alınıb
-
Qadınların fotolarını saxtalaşdıraraq şantaj edənlər saxlanılıblar
-
İranın yeni planı: Husilər strateji boğazı bağlaya bilər
-
Şabranda 52 yaşlı kişini tok vuraraq öldürdü
-
Küveytin hava hücumundan müdafiə sistemləri PUA hücumlarının qarşısını alır
-
"Google Play"də VK və "Maks" tətbiqləri silinib
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti ağırdır - Komaya düşdü
-
Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı
-
Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran Fəxrəddin Vəliyevin olub





