"Bozbash pictures" buna görə dağılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük. Çox əziyyət çəkmişdik, istəyirdik hər şey yaxşı olsun. Bir də evlilik buna səbəb oldu".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elşən Orucov"Genə bax" proqramında deyib. Aktyor "Bozbash pictures"in dağılmasından söz açıb. O bildirib ki, evlilik və kinoteatrlarla yaşadıqları problem buna səbəb olub.
Verilişin qonaqlarından olan aktyor və aparıcı İlkin Həsəni isə layihənin dayanmasında əsas səbəblərdən birinin kinoteatrlarla əməkdaşlıq zamanı yaşanan çətinliklər olduğunu vurğulayıb:
"Bir film layihəsi bir ilimizin doqquz ayını alırdı. Ssenari yazılır, çəkiliş aparılır, təqdimata hazırlaşırdıq. Sonra isə hər həftə kinoteatrlardan gələcək gəliri gözləyirdik. Hamı filmdən sonra ödənişini alırdı, biz isə qazancın nə qədər olacağını filmin nümayişindən sonra bilirdik. Axırda baxırdıq ki, doqquz aylıq əziyyətin qarşılığı bu imiş.
Sonuncu filmimiz "Bombaltı" oldu. Ən bahalı layihəmiz idi. Hər il daha yaxşı iş görməyə çalışırdıq. 2015-ci ildə filmlərdə "06", "07" maşınlar aşırdırdıq, sonradan artıq "Opel", "BMW" kimi avtomobillərdən istifadə edirdik. Amma kinoteatrlar bizi incitdi, istədiyimiz gəliri əldə edə bilmədik. Onlar özəl şirkətdirlər, bilet qiymətlərini və seans sayını istədikləri kimi dəyişə bilirlər. İki şəbəkə arasında qalmışdıq, birtəhər dil tapmağa çalışırdıq, amma alınmırdı".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





