Dünya

ABŞ Rza Zərrab barədə qərar verdi

16 İyul 2026 18:36
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də iş adamı Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi yekunlaşıb.

Milli.Az xəbər verir ki, Nyu-Yorkun Manhetten Federal Məhkəməsi İrana qarşı tətbiq olunan sanksiyaların pozulması ilə bağlı ittiham olunan Rza Zərrab barəsində hökmünü açıqlayıb.

Məhkəmə Zərrabın istintaqla əməkdaşlıq etdiyini nəzərə alaraq, artıq həbsdə keçirdiyi müddəti kifayət hesab edib və ona əlavə azadlıqdan məhrumetmə cəzası verməyib.

Məlumata görə, Zərrab günahını etiraf etdikdən sonra 288 min dollar dəyərində yaxtanı və 88 min dollar nağd pulu ABŞ hökumətinə təhvil verib. Onun vəkilləri isə hazırda 50 milyon dollar borcu olduğunu bildiriblər. Hakim Riçard Berman təqdim olunan əmlakın kifayət etdiyini əsas gətirərək əlavə cərimə və ya kompensasiya təyin etməyib.

Qeyd edək ki, Rza Zərrab 2017-ci ildə bank fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamlarını qəbul etmiş, ABŞ prokurorluğu ilə əməkdaşlığa başlayıb. O, məhkəmədə İrana qarşı sanksiyaların pozulması məqsədilə qurulan mexanizm barədə ifadə verib.

Zərrab 2016-cı ildə həmin dövrdə həyat yoldaşı olan müğənni Ebru Gündeş və qızı ilə birlikdə Mayamiyə səfəri zamanı FBI tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu iş çərçivəsində mühakimə olunan keçmiş Halkbank baş direktor müavini Mehmet Hakan Atilla 32 ay həbs cəzası alıb. Bankın özünə qarşı ABŞ-də açılan cinayət işi isə bu ilin əvvəlində bağlanıb. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.