Hadisə

Xankəndidə güclü yanğın başladı

16 İyul 2026 21:48
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xankəndi şəhərində güclü yanğın baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.