Sağlamlıq

Boğaz ağrısından belə qurtulun

3 Yanvar 2022 17:22
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boğaz ağrısı xüsusən soyuq havalarda bir çox insanda müşahidə olunan ümumi problemidir. Şiddətli boğaz ağrıları ilə yanaşı, qıcıqlanma udma və yeməkdə gündəlik həyatda çətinlik yaradır.

Milli.Az axşam.az-a istinadən ev şəraitində tənəffüs yolunda yaranan ağrı və öskürəkdən qurtulmağınıza yardımçı olacaq vasitələri təqdim edir.

Heyva və limon:

Tərkibindəki C vitamini, mis, dəmir, kalium və maqnezium ilə boğaz infeksiyalarına qarşı qoruma təmin edən heyva antiseptik özəlliklərə sahib meyvədir. Limon güclü C vitamini mənbəyidir və eyni zamanda təbii antibiotikdir.

Dilimlənmiş heyvanın üzərinə limon sıxın, 1 çay qaşığı bal tökün və yüngülcə əzin. Hər səhər və ya axşam istehlak edin. Bu ikili sizi boğaz infeksiyalarından qoruyacaq və daha tez sağalmağınıza yardımçı olacaq.  

Kərəviz:

Kərəviz çiy istehlak edildikdə boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bu tərəvəzi rəndələyib üzərinə limon sıxaraq istehlak edə bilərsiniz. Kərəvizdə bol miqdarda C vitamini, kalium, maqnezium, natrium və dəmir var. Bu tərəvəz demək olar ki, 75 faiz su və 25 faiz lifdən ibarətdir. Ondan müntəzəm istifadə boğaz xəstəliklərinə tutulma riskini azaldır.

Soğan suyu:

Təbii antibiotik olan soğan və sarımsağı qış aylarında daha çox istehlak etməyə çalışın. Soğanın tərkibində seliyin tənəffüs yollarından xaric olmasına imkan verən kükürd birləşmələri var. İki orta boy soğanın qabığını təmizləyin, yarıya bölün və bir gün suda saxlayın. Ertəsi gün həmin suyu için. Bu ağrıları və öskürəyi aradan qaldıracaq. Sarımsaq həm bişmiş, həm də çiy halda boğaz infeksiyalarına qarşı təsirlidir. Bu səbəbdən qışda bişirdiyiniz hər yeməyə əlavə edə bilərsiniz.

Bitki və tərəvəzlər:

Çobanyastığı, itburnu kimi bitki çaylarını istehlak etmək boğaz infeksiyalarına qarşı qoruyur.

Zəncəfil, zerdeçal və qara bibəri bal ilə qarışdırıb hər səhər 1 çay qaşığı qəbul etmək boğaz ağrılarını və infeksiyaları aradan qaldırmağa kömək edir. Zəncəfilin daha faydalı olması üçün təzə üyüdülmüş olduğundan əmin olun. Çayın ardınca su içməyin.

Qovrulmuş yaşıl və qırmızı bibərin üzərinə bir az su ilə qarışdırılmış sirkə töküb istehlak etmək sizi boğaz xəstəliklərindən qoruyacaq.

Boğaz ağrısını aradan qaldırmaq üçün bir neçə mixək çeynəmək də olar.

Hər növ infeksiyaya qarşı bol su içməyə çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.