Sağlamlıq

Alnınızdakı qırışlar hansı xəstəliklərdən xəbər verir?

31 Dekabr 2021 22:53
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada Tuluza Universitetinin Xəstəxana Mərkəzinin həkimləri araşdırma aparıb və belə nəticəyə gəliblər ki, insanlarda alındakı qırışlar vaxtından əvvəl ölümə meylli olduğunuzu göstərən işarələrdən biridir.

Milli.Az xarici mətbiata istinadən xəbər verir ki, bu barədə "Medic Forum" fransalı həmkarlarına istinadən məlumat yayıb. Mütəxəssislər 32-62 yaş arası təxminən 3,2 min insanda alında qırışların yaranması faktını təhlil ediblər. Müşahidə iki onillik ərzində aparılıb.

Nəticədə məlum olub ki, sınaqlar ərzində 233 nəfər dünyasını dəyişib. Bundan əlavə, elm adamları belə bir nəticəyə gəlmişdi: dərin və çoxsaylı qırışlar insanların ürək-damar xəstəliklərinə meylli olduğunu göstərir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.