Sağlamlıq

"Məcburi maska taxmaq" dövrü geri qayıdır? - Məktəblər bağlandı, xəstəxanalarda yer yoxdur...

12 Dekabr 2025 11:12
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada sürətlə yayılan və H3N2 virusunun yeni mutasiyası ilə əlaqələndirilən "super qrip" hallarının artması ciddi narahatlıq yaradıb. Bir çox ölkədə xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib, hətta bəzi məktəblər müvəqqəti bağlanıb.

Milli.Az xəbər verir ki, Böyük Britaniyada səhiyyə rəsmiləri bu mövsümü "son illərin ən pis qrip mövsümü" adlandırır.

Mütəxəssislər virusun həm daha yoluxucu, həm də erkən yayılmasına diqqət çəkərək, peyvəndin vacibliyini vurğulayır və məcburi maska tətbiqinin geri qaytarılmasının müzakirə olunduğunu bildirirlər. Xüsusilə ictimai nəqliyyatda öskürən və asqıran insanların maskadan istifadə etməsi tövsiyə edilir.

İngiltərədə bir neçə məktəbin bağlandığı bildirilir. Fransada bütün yaş qrupları üzrə yoluxma halları artıb, İspaniyada isə maskalara və qrip dərmanlarına tələbat yüksəlib. Londonlu virusoloq professor Nikola Lewis H3N2-ni "daha aqressiv virus" adlandıraraq, bu ilin dinamikasının qeyri-adi şəkildə erkən və sürətli artış göstərdiyini deyib.

Səhiyyə qurumları həm Avropada, həm də bölgədə yaşayan insanları diqqətli olmağa, peyvənd və qoruyucu tədbirlərə xüsusi önəm verməyə çağırır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.