Sağlamlıq

Ölkədə qriplə bağlı ümumi vəziyyət AÇIQLANDI

12 Dekabr 2025 11:38
Baxış: 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əhali arasında hərarətin yüksəlməsi, ümumi halsızlıq, öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən şəxslərdən götürülmüş yaxmalarda fəsli qrip virusu və ara-sıra digər respirator viruslar aşkarlanır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, qrpin və digər kəskin respirator virus infeksiyaları üçün Azərbaycanın ərazisinin də daxil olduğu mülayim iqlimli ölkələrdə fəsillilik xarakterikdir:

"Yəni payız-qış mövsümündə bu coğrafi ərazilərdə həmin infeksiyalara yoluxma saylarında artımlar baş verir. Bu infeksiyalardan ən təhlükəlisi qrip olduğundan və onun yayılmasının pik vaxtının dekabr-fevral aylarına düşdüyü nəzərə alınaraq ölkəmizdə sentyabr-oktyabr aylarında qripə qarşı həssas insanlar qrupunun vaksinasiyası aparılıb. Bu da təbii ki, qriplə xəstələnmə hallarının sayının azalmasına, xəstəliyin daha az hallarda fəsadlaşmasına, xəstələrin hospitalizasiya hallarının məhdud olmasına səbəb olur. Eyni zamanda, hava-damcı və təmas yolları ilə yayılan bu tip infeksiyalardan qorunmağın universal qeyri-spesifik üsulları haqqında əhalinin son illərdə kifayət qədər maarifləndirilməsi də infeksiyanın yayılması sürətinin müəyyən qədər kiçilməsinə səbəb olur. Beləliklə, səhiyyə qurumları tərəfindən qrip və KRVİ-nin yayılmasına qarşı bütün mümkün əksepidemik tədbirlərin aparılması bizə hər il olduğu kimi bu ili də daha az itki və məsrəflərlə başa vuracağımızı vəd edir. Əhali arasında hərarətin yüksəlməsi, ümumi halsızlıq, öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən şəxslərdən götürülmüş yaxmalarda fəsli qrip virusu və ara-sıra digər respirator viruslar aşkarlanır. Beləliklə, qeyd olunan kompleks əksepidemik tədbirlərin fonunda ölkədə hazırda epidemioloji durum sabit qiymətləndirilir. Əksepidemik tədbirlər, o cümlədən qripə qarşı vaksinasiya bu gün də davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.