Sağlamlıq

Omikronun simptomları çox qəribədir, kovidə bənzəmir - İlk aşkar edən həkim

1 Dekabr 2021 23:00
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrikada aşkarlanan Omikron ştammını ilk görən həkim Anqelik Kutzee noyabrın əvvəllərində qəbul etdiyi xəstələrdə kovidə bənzəməyən, amma soyuqdəyməyə xas qəribə simptomlar izləməyə başlayıb.

O, xəstələrə kovid testi verdirib və onlar pozitiv çıxıb. Bundan sonra Kutzee yerli hakimiyyəti şəhərdə yeni kovid variantının olması barədə məruzə edib.

Milli.Az xəbər verir ki, əsasən xəstələr gənc, fiziki cəhətdən sağlan insanlar olub. Onlarda dad, iybilmə itməyib, yüksək hərarət olmayıb, boğulma, təngnəfəslik yoxdur.

Vaksin olunanlarda ümumiyyətlə xəstəlik yüngül keçib. Olmayanlarda isə çox güclü yorğunluq, əzələ, oynaq, bədən ağrıları, gücsüzlük hiss olunub.

Pasiyentlər arasında 6 yaşlı uşaq da var idi, onda hərarət, ürək ritminin artması qeydə alınıb.

Afrikalı həkim bu simptomlarla 20 nəfəri izləyib, həm böyüklər, həm uşaq evdə həkim nəzarətində tez sağalıb.

Omrikon ailəvi yoluxdurur, xəstələr bir ailənin üzvləri idi.

Məhz bundan sonra həmin xəstələrdən götürülən virus numünəsinin genomu təhlil edildi və həqiqətən yeni ştamm olduğu təsdiqləndi. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.