Gürcüstan

Saakaşvili koronavirusa yoluxub?

16 Noyabr 2021 13:22
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hazırda saxlanıldığı "Qldani" həbsxanasının direktoru David Daraseliya koronavirusa yoluxub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşviliyə olan ictimai marağı nəzərə alaraq gürcü siyasətçidən də PCR-test götürüb.

Testin nəticələrinə əsasən, Mixail Saakaşvilidə COVID-19 aşkar olunmayıb.

Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı "Qldani" Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gürcü siyasətçi oktyabrın 1-də saxlanıldığı andan etibarən aclıq aksiyası keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.