Gürcüstan

Gürcüstan Azərbaycan səfirliyinə əlavə ərazi ayırdı

22 İyul 2025 20:10
Baxış: 517
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın baş naziri İrakli Kobaxidze 49 illik müddətə Tbilisidə Azərbaycan səfirliyinə əlavə 69 kvadrat metr ərazinin ayrılması barədə sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə sənəd Gürcüstan hökumətinin saytında dərc olunub.

"Sahəsi 69 kvadratmetr olan, dövlət mülkiyyətində olan və kənd təsərrüfatı təyinatlı olmayan torpaq sahəsinin Azərbaycan Respublikasının səfirliyinə 49 illik tikinti hüququ ilə təmənnasız verilsin", - sərəncamda qeyd olunur.

Sənəddə səfirliyə ayrılan torpaq sahəsinin kadastr nömrəsi də göstərilir. Bələdiyyə Xidmətləri İnkişafı Agentliyinin xəritəsinə əsasən, söhbət Tbilisidəki Qorqasali küçəsində yerləşən diplomatik nümayəndəliyin yaxınlığındakı kvadrat sahədən gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.