Ölkə

Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"

5 Sentyabr 2025 22:31
Baxış: 491
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər".

Milli.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: "Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq".

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.