"Yuventus" klubunun yeni baş məşqçisi Luçano Spalletti qolundakı "Napoli" döyməsi ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, "Football Italia"nın yaydığı məlumata görə, italyan mütəxəssis bu döymənin onun üçün xüsusi mənası olduğunu deyib. Spalletti bildirib ki, sözügedən döymə 2023-cü ildə "Napoli" ilə qazandığı İtaliya çempionluğunun bir simvoludur.
"Mən bu gün qan analizi verdim, amma döymə olan qolumdan yox. Çünki o yer mənim üçün çox önəmlidir, toxunulmasını istəmirəm. Mənim üçün heç nə dəyişməyib - Neapolda həmişə dostlarım olacaq. O şəhərə mütləq qayıdacağam. Peşəkar qərarlarım fərqli olsa da, Neapol mənim ürəyimdə əbədi qalacaq", - deyə Spalletti qeyd edib.
Xatırladaq ki, 66 yaşlı mütəxəssis 2021-2023-cü illər arasında "Napoli" klubuna rəhbərlik edib və həmin dövrdə komanda ilə Serie A çempionluğunu qazanıb.
Kənan
Milli.Az





