Rusiyanın Xantı-Mansiysk vilayətində yerləşən bir zavodda qeyri-adi hadisə baş verib.
Milli.Az-ın yerli mətbuata istinadən məlumatına görə, müəssisənin əməkdaşlarından biri texniki səhv nəticəsində "13-cü maaş" adı altında böyük məbləğ alıb.
Əslində ona yalnız 45 min rubl məzuniyyət pulu ödənilməli idi, amma mühasibatlıq səhvi səbəbindən o, digər filialda çalışan 34 işçinin maaşını da alaraq ümumilikdə 7 milyon rubl hesabına köçürülüb.
Səhv üzə çıxandan sonra zavodun təhlükəsizlik xidməti işçiyə zəng edib vəsaitin geri qaytarılmasını tələb edib. Lakin fəhlə hüquqi məsləhət alaraq öyrənib ki, bu cür hallarda pulu geri ödəmək yalnız onun öz qərarına bağlıdır.
Daha sonra o, telefon nömrəsini dəyişərək ailəsi ilə başqa şəhərə köçüb. Zavod rəhbərliyi isə pulların geri alınması üçün məhkəmə yoluna müraciət edib.
Hadisə Rusiya mediasında "ən bahalı məzuniyyət" kimi geniş müzakirə olunur.
Kənan
Milli.Az





