Ermənistan

Nikol Paşinyan Rusiyaya səfər edəcək

21 Dekabr 2025 12:18
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, Nikol Paşinyan dekabrın 21-22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.

Milli.Az xəbər verir ki, səfər çərçivəsində Baş nazir dekabrın 21-də Sankt-Peterburq şəhərində keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.