Sosial media bu günlərdə Erlinq Haaland və sevgilisi İzabel Yohansen arasında baş verən müsahibədən gələn bir açıqlama ilə doludur.
Milli.Az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, "Mançester Siti"nin hücumçusunun sevgilisi izləyiciləri təəccübləndirən və bir qədər utandırıcı bir etiraf edib:
"Əvvəlcə ən yaxşı dostunu bəyəndim, amma sonra səni gördüm və fikrimi dəyişdim," - deyə İzabel bildirib.
.jpg)
Sosial şəbəkələrdə bu etirafa müxtəlif reaksiyalar gəlib:
"Qadınları həmişə sınayın. Onlara tam etibar etmək olmaz".
"Bu etiraf deyil, bir növ travmadır".
"Mən dərhal onu aldadardım".
"Fürsət yarananda həmin dostla ona xəyanət edəcəyini deməyi unutmuşdu".
İzləyicilər bu açıqlamaya həm zarafatla, həm də təəccüblə yanaşıblar.
Kənan
Milli.Az





