İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspanağın tərkibindəki bəzi maddələr yanlış bişirmə və saxlama şəraiti ilə birləşdikdə ciddi sağlamlıq problemlərinə, hətta zəhərlənmələrə yol açır.
Milli.Az xəbər verir ki, ispanaq təbii olaraq yüksək miqdarda nitrat ehtiva edir. Bu tərəvəz bişirildikdən sonra otaq temperaturunda uzun müddət qaldıqda və ya dəfələrlə yenidən qızdırıldıqda, tərkibindəki nitratlar nitritə çevrilir. Nitrit isə qanda oksigen daşınmasına mane ola bilən və xüsusilə uşaqlar üçün təhlükəli olan toksik bir maddədir.
Son illərdə ispanaq zəhərlənmələrinin çoxu ispanağın özündən deyil, onun arasına qarışan itüzümü (atropa belladonna) kimi zəhərli otlardan qaynaqlanır. Bu otlar ispanaq yarpaqlarına çox bənzədiyi üçün təmizlənmədikdə mərkəzi sinir sisteminə təsir edərək ağır zəhərlənmələrə səbəb olur.
İspanaq oksalat turşusu ilə zəngindir. Həddindən artıq ispanaq istehlakı kalsiumun bədəndə sorulmasını çətinləşdirir və böyrəklərdə kalsium-oksalat daşlarının yaranma riskini artırır. Böyrək problemi olan şəxslərə ispanağı çox ehtiyatla yemək tövsiyə olunur.
Sağlam ispanaq istehlakı üçün 4 qızıl qayda:
İspanaq yeməyini bişirdiyiniz gün istehlak etməyə çalışın. Əgər qalıbsa, onu yalnız bir dəfə və çox yüksək temperaturda olmayan şəkildə qızdırın.
İspanağı yumazdan əvvəl hər yarpağı tək-tək yoxlayın, arasına qarışan fərqli formalı və rəngli otları mütləq atın.
orpaq və bakteriyalardan təmizlənməsi üçün sirkəli suda ən azı 15-20 dəqiqə saxlayın.
İspanağı qatıq və ya yoqurtla yemək tərkibindəki oksalatın mənfi təsirini qismən azaldır və kalsium balansını qoruyur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"





