Amerika

Tramp: Xamenei narahat olmalıdır

4 Fevral 2026 23:49
Baxış: 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mətbuat konfransı zamanı jurnalistlərdən birinin "İranda Ali Rəhbəri narahat olmalıdırmı?" sualına ABŞ prezidenti Donald Tramp "Bəli! O, çox narahat olmalıdır", - deyə cavab verib.

Milli.Azxəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Tramp bildirib ki, İran yenidən nüvə silahı əldə etməyə cəhd edərsə ABŞ yenidən bunun qarşısını almaq üçün addımlar atacaq.

O, bildirib ki, İran hakimiyyəti ölkənin başqa bir hissəsində yeni nüvə obyekti qurmağı düşünüb. Daha sonra ABŞ bundan xəbər tutub və bunu edəcəkləri təqdirdə onlara qarşı çox ağır tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Tramp İrandakı etirazlar haqqında da danışıb. O, etirazçıları dəstəklədiklərini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.