Bill Qeytsdən Epştein etirafı: "Onunla vaxt keçirmək böyük bir səhv idi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bill Qeyts verdiyi son müsahibəsində Ceffri Epştein ilə görüşdüyünü təsdiqləyib, lakin bu münasibətlərin yalnız xeyriyyəçilik və qlobal sağlamlıq layihələri çərçivəsində olduğunu müdafiə edib. O, keçmişdə atdığı bu addıma görə peşman olduğunu dilə gətirib.
Milli.Az xəbər verir ki, Bill Qeytsin sözlərinə görə, o, Epştein ilə 2011-ci ildə tanış olub. Milyarder bu tanışlığın səbəbini Epşteinin ətrafında çox sayda zəngin insanın olması və qlobal sağlamlıq layihələri üçün böyük ianələr toplaya biləcəyi vədi ilə əlaqələndirib. Qeyts təxminən üç il ərzində bir neçə şam yeməyində iştirak etdiyini bildirib.
Qeyts Epşteinin pedofiliya və qanunsuz işlərlə tanınan özəl adasına heç vaxt getmədiyini vurğulayıb. Onun vasitəsilə hər hansı bir qadınla tanış olmadığını deyib.
Epşteinin e-poçt hesabında Qeytsin qadınlarla görüş təşkil etməsinə dair tapılan layihə (draft) mesajların tamamilə yalan olduğunu və Epştein tərəfindən uydurulduğunu iddia edib.
Qeytsin həyat yoldaşı Melinda French Qeyts bildirib ki, Epştein və çevrəsindəki insanların hərəkətlərinə görə cəmiyyət qarşısında o deyil, birbaşa bu işdə adı keçənlər cavab verməlidir. Bu açıqlama Bill Qeytsin üzərindəki ictimai təzyiqi daha da artırıb.
Milyarder iş adamı Epşteinin əsl siması ortaya çıxdıqca onu tanıdığına peşman olanların sayının çox olduğunu qeyd edib: "Onunla vaxt keçirmək böyük bir səhv idi. Onu tanıdığına görə peşman olan tək mən deyiləm".
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Fransada komendant saatı elan edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevlə bağlı bu qərar təsdiqləndi
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif edib
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)





