Cəmiyyət

Bu məktəblərin direktorları dəyişdi

4 Fevral 2026 22:20
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə yeni direktorlar təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə Cəbrayılova Təranə Elman qızı təyin edilib.

Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə İmranov Nail Bahadur oğlu, Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə isə Bayramov Duman Raquf oğlu təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.