Coli yeni filmi üçün tanınmaz hala düşdü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hollivud ulduzu Ancelina Coli, London setində çəkilişlərinə başlanan "Anxious People" ("Həyəcanlı İnsanlar") filminin çəkilişlərində yeni imici ilə görüntülənib. Aktrisa uzun illərdən bəri tanınan tünd qəhvəyi saçlarını dəyişdirərək açıq sarı bob saç düzümü ilə tamaşaçıların qarşısına çıxıb.
Coli filmin çəkilişində uzun ağ üst geyim, rahat kəsimli kapri şalvar, solğun qırmızı dodaq boyası və qızılı broşla kamera qarşısına keçib. Onun yeni saç düzümü də rol üçün tamamilə fərqli bir görüntü yaradıb.
Fredrik Bakmanın 2019-cu ildə nəşr olunan eyniadlı bestseller romanı əsasında çəkilən film, bir açıq ev günü və gözlənilmədən yaranan girov böhranını mərkəzə alır. Ssenariyə görə, Milad ərəfəsində bir qrup yad insan ev baxışı zamanı toplaşır. Bu anda bank qarətçisi olan qadın Qreys onları təsadüfən girov götürür. Ardınca isə sirlər açılır, xaos yaranır və heç nə plana uyğun getmir.
Filmdə Ancelina Coli ilə yanaşı Aimee Lou Wood və Jason Segel də rol alır. Rejissor kürsüsündə isə tanınmış kinorejissor Mark Forster yer alıb. Ssenarini müəllif Fredrik Bakman və David Magee birlikdə qələmə alıb.
Colinin böyük oğlu Maddox Jolie-Pitt də anasının yanında film setində görüntülənib. Bu, Colinin yeni imici ilə yanaşı ailə dəstəyini də gündəmə gətirib.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
-
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var





