Hadisə

Bakıda evlərə girmək istəyən qadının kimliyi bilindi

5 Sentyabr 2025 18:28
Baxış: 395
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində evlərə girməyə cəhd edən qadının kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub:

"1992-ci il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək".

Xatırladaq ki, adıçəkilən ünvanda naməlum qadının yaşayış binalarından birinin giriş blokuna daxil olaraq mənzillərə girməyə cəhd etməsi barədə sosial şəbəkələrdə video yayılıb. Həmin məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və məsələ ilə bağlı araşdırmalara başlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.