İdman

59 yaşlı Tayson yenidən rinqə çıxacaq, rəqibi isə... - FOTO

5 Sentyabr 2025 18:43
Baxış: 360
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütləq ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson beş çəki dərəcəsində keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcəyini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir k, bu barədə əfsanəvi boksçu şəxsi sosial şəbəkə hesabında paylaşım edib. Qarşılaşmanın 2026-cı ilin yazında keçirilməsi planlaşdırılır.

Hazırda 59 yaşı olan Tayson peşəkar karyerasında ümumilikdə 58 döyüş keçirib, bunlardan 50-də qalib gəlib. Qələbələrinin 44-ü nokautla qazanılıb. O, 2011-ci ildə "Şöhrət Zalına" daxil edilib.

48 yaşlı Meyvezer isə 2017-ci ildə peşəkar karyerasına son qoyub. Amerikalı boksçu karyerası ərzində 50 dəfə rinqə çıxıb və hər birində qələbə əldə edib. Onun 27 döyüşü nokautla nəticələnib.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.