Kriminal

İki həmkəndlinin mübahisəsi ölümlə nəticələndi - Göygöldəki qətlin təfərrüatı

8 Fevral 2026 23:33
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatı məlum olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.