Avto

Bəzi qəzalarda niyə kasko sığortası ödənişi edilmir? - VİDEO

6 Sentyabr 2025 07:07
Baxış: 391
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Texniki nasazlıq səbəbindən baş verən qəzalar zamanı sürücülərə kasko sığortası ödənişi verilmir...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər sürücülərin bir çoxunun bundan xəbərsiz olduğunu bildirirlər.

Ödəniş o halda mümkündür ki, bütün şərtlərə əməl olunsun. Əks halda sığorta şirkətləri kasko sığortası olan avtomobilə görə dəyən zərəri qarşılmaqdan imtina edə bilər. Məsələn, qəzadan əvvəl yaranan mexaniki sıradan çıxmalar, normal istismar nəticəsində yaranan köhnəlmə və ya sığorta öhdəliklərinə zidd olan texniki vəziyyətlər sürücünün sığorta təminatını əlindən ala bilər.

Bəs texniki nasazlıq deyəndə konkret nə nəzərdə tutulur?

Avtomobilin texniki vəziyyəti qəza sonrası avtoekspertiza vasitəsilə yoxlanılır. Əgər sübut olunarsa ki, qəza texniki nasazlıq üzündən baş verib, şirkət ödəniş etməyə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.