Gürcüstan

Bu ölkədə ilk dəfə azərbaycanlı qadın leytenant oldu

24 Avqust 2025 10:32
Baxış: 900
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın leytenant rütbəsi alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Gürcüstanda ilk dəfə etnik azərbaycanlı qadın hərbçi - Sevil Məmmədova Milli Müdafiə Akademiyasını uğurla bitirərək leytenant rütbəsi alıb.

S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.

Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.