Banka borcu olanlara pis XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi gözlənilir. Belə ki, qanunvericiliyə dəyişikliklə icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu, "Dövlət icra məmurları haqqında" Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, icra məmuru tələbi borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilər. Layihədə isə tələbin dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Yeni sənədə əsasən isə, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank, digər kredit və ya elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlancda olan pul vəsaitlərinə yönəldə biləcək.
Maraqlıdır, icra məmurlarının səlahiyyətlərinin bu dərəcədə genişləndirilməsi sui-istifadə hallarına yol açmayacaq ki?
Vəkil Roman Qaraşov Musavat.com-a bildirib ki, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi institutu mahiyyət etibarilə yeni mexanizm deyil, məcburi icra institutunun effektivliyinin artırılmasına yönəlmiş normativ dəqiqləşdirmə kimi çıxış edir:
"Mövcud dəyişikliklər borclunun aktivlərinin yalnız bank hesabları ilə məhdudlaşmamasını, nağd vəsaitlər, elektron pul hesabları və digər maliyyə alətləri də daxil olmaqla daha geniş əmlak dairəsinə şamil olunmasını nəzərdə tutur ki, bu da müasir maliyyə dövriyyəsinin reallıqları ilə uzlaşır. Azərbaycan Respublikasının "Dövlət icra məmurları haqqında" Qanununun 8-ci maddəsinə əsasən, icra məmurları artıq tələbi borclunun əmlakına, gəlirlərinə və digər sərvətlərinə yönəltmək hüququna malikdir və dəyişikliklər bu hüququn tətbiq sferasını konkretləşdirir. Eyni zamanda, problemli kreditlərin artım dinamikası (son dövrdə əhəmiyyətli yüksəliş) fonunda dövlətin kreditor hüquqlarının müdafiəsini gücləndirməsi hüquqi siyasət baxımından əsaslandırılmış hesab olunur".
Sui-istifadə riskləri ilə bağlı narahatlıqlara gəldikdə isə ekspert deyib ki, hüquqi sistem daxilində bu riskləri minimallaşdıran çoxsəviyyəli təminatlar mövcuddur:
"Belə ki, "Dövlət icra məmurları haqqında" Qanunun 9-cu maddəsi icra məmurlarının fəaliyyətində fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin qorunmasını imperativ norma kimi müəyyən edir, 11-ci maddə isə onların hərəkətlərindən məhkəməyə və ya yuxarı instansiyaya şikayət vermək hüququnu təmin edir. Bundan əlavə, icra tədbirləri yalnız qanuni qüvvəyə minmiş icra sənədləri əsasında həyata keçirilir və mütənasiblik prinsipi tətbiq olunur. Müqayisəli hüquq müstəvisində də oxşar yanaşma müşahidə edilir: məsələn, Avropa ölkələrinin bir çoxunda (xüsusilə Almaniya və Fransada) icra məmurları borclunun bütün maliyyə aktivlərinə, o cümlədən elektron və rəqəmsal hesablarına çıxış imkanına malikdirlər, lakin bu səlahiyyətlər ciddi məhkəmə və institusional nəzarət mexanizmləri ilə balanslaşdırılır".
Onun fikrincə, bu baxımdan, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, sui-istifadə ehtimalını sistemli xarakter alacaq səviyyədə artıran hüquqi boşluq yaratmır, əksinə, icra prosesinin səmərəliliyini artırmaqla yanaşı hüquqi balansı qorumağa xidmət edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
XƏBƏR LENTİ
-
Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı
-
Rəqsanə həbsxanadakı günləri barədə: "Hər gün yanıma dörd sərçə gəlirdi"
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi





