Yüzlərlə ailə köçürüləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikililər isə söküləcək. Lakin sonradan bu məsələ ilə bağlı ictimaiyyətə və mediaya əlavə məlumat təqdim olunmadı.
Hazırda araşdırmalar hazırda hansı mərhələdədir?
Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS prezidenti Vüqar Oruc Globalinfo.az-a açıqlamasında məsələnin qısa müddətdə həll olunacaq problem olmadığını bildirib.
"Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda, kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə olunan problemlər təkrarlanmasın. Bu məqsədlə dövlət səviyyəsində komissiya yaradılıb və hazırda vəziyyət araşdırılır", - o deyib.
Ekspert bildirib ki, təkcə kollektorların üzərində 1000-dən çox ev inşa olunub:
"Bu isə kifayət qədər böyük rəqəmdir. Hər belə evin ətrafında risk altında olan digər tikililər mövcuddur. Ümumilikdə, söhbət 6 mindən çox evdən gedir. Hər evdə orta hesabla 3-4 nəfərin yaşadığını nəzərə alsaq, bu məsələ 20 mindən çox vətəndaşı əhatə edir. Bu baxımdan hökumətin məsələyə ehtiyatla və ciddi yanaşması tam başadüşüləndir".
V.Orucun sözlərinə görə, məsələ yalnız hökumət səviyyəsində deyil, ictimai müstəvidə də müzakirə olunur:
"İcazəsiz tikililərə kommunal xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı qərar 2023-cü ilin aprel ayında qəbul olunub. Bundan sonra qanunsuz tikinti aparmaq istəyən şəxslər - istər vətəndaşlar, istərsə də buna şərait yaradan məmurlar belə halların nəticələrini nəzərə almalıdırlar. Strateji əhəmiyyət daşıyan ərazilərdə, xüsusilə kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikintiyə icazə verilməməlidir. Qanunsuz tikililərə şərait yaradan və şəhəri potensial təhlükə qarşısında qoyan məmurlarla bağlı tədbirlərin görülməsi də müzakirə olunur. Lakin bu, geniş araşdırmalar tələb etdiyindən hələlik bu istiqamətdə konkret addım atılmayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
XƏBƏR LENTİ
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı





