Son günlərdə Çin istehsallı avtomobillərin hərəkətdə olarkən dayanması sürücüləri ciddi narahat edir. Sosial şəbəkələrdə yayılan videolarda sürücülər iddia edirlər ki, pulag-in hyibrid olan avtomobillərə yenilənmə gəldiyi üçün belə nasazlıqlar aşkar edilir.
Həqiqətənmi Çin istehsallı avtomobillərdə yenilənmə aparılmadığı üçün texniki nasazlıq olur?
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, usta bildirir ki, bu problem əsasən ucuz proqramlar yazılan avtomobillərdə olur ki, bunun digər riskli tərəfləri də var.
Çin istehsallı avtomobillərə diaqnostik və elektronik xidmətlər göstərən usta hesab edir ki, müasir avtomobillərin elektronik hissələri zəngin və bir o qədər də həssasdır. Elə buna görə də bu cür avtomobillərə naşı ustalar müdaxilə etməməlidir.
Mütəxəssislər deyirlər ki, bu, həm təhlükəsizlik, həm də avtomobilin uzunömürlülüyü üçün vacibdir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az