Cəmiyyət

Metro və avtobus ödənişləri ilə bağlı mühüm xəbər - İlin sonuna qədər…

5 Sentyabr 2025 09:29
Baxış: 1 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"BakıKart"ın mobil tətbiqində mövcud olan sistem sərnişinlər arasında narazılıq yaradır. Belə ki, vətəndaşlar kartını tətbiqdə qeydiyyatdan keçirsələr də, mövcud balansdan QR vasitəsilə istifadə edə bilmirlər. Bildirilir ki, yalnız əlavə pul yükləməklə ödəniş mümkündür.

Niyə tətbiq vasitəsilə mövcud balansdan istifadə imkanı yaradılmır? Əslində sistem necə olmalıdır?

Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, əslində ictimai nəqliyyatda "BakıKart"dan istifadə çox sadə və rahat olmalıdır:

"Bununla yanaşı, vətəndaşların adi debet və kredit bank kartları vasitəsilə ödəniş edə bilməsi istiqamətində təkliflər var. Məlumata görə, bu istiqamətdə işlər aparılır və ümid edirəm ki, ilin sonuna qədər tam hazır olacaq. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də sərnişinlərin daha rahat istifadə imkanlarını təmin edəcək".

Məsələ ilə bağlı "BakıKart"ın Müştəri Xidmətlərinə də sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, "BakıKart" mobil tətbiqində kartın balansını artıraraq ondan yalnız fiziki qaydada istifadə etmək mümkündür:

"Kartdakı balansdan istifadə etməklə QR bilet əldə etmək mümkün deyil. Pul kisəsinin balansını artıraraq QR bilet əldə edə bilərsiniz. Qeyd edək ki, "BakıKart" mobil tətbiqində təkminləşdirilmə işləri aparılır".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.