Gürcüstan

Tbilisidə keçirilən etiraz aksiyası bitdi - Yenilənib - FOTO

28 Oktyabr 2024 22:10
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:08

Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.

Aksiyada iştirak edən müxalifət tərəfdarları da meydanı boşaltmağa başlayıblar.

------------
20:54


Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, izdihamda Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları daşıyan insanlar var.

Qeyd edək ki, bu mitinqin təşəbbüskarlarından olan Gürcüstan prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının 53,93 faiz səs qazandığı seçkilərin nəticələrini tanımayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.