Gürcüstan

ABŞ Tiflisə ultimatum verdi

10 May 2024 11:54
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan hökuməti kursunu dəyişməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Qanun layihəsinə (xarici agentlərlə bağlı qanun layihəsi nəzərdə tutulur - red.) etiraz edənlərə qarşı görülən tədbirlərdən və onun təsdiqi istiqamətində görülən işlərdən çox narahatıq. Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki gücdən istifadə hallarının artması ilə bağlı məlumatlardan xəbərdarıq. Bunu pisləyirik və dərhal tam araşdırma aparmağa çağırırıq", - o bildirib.

Millerin sözlərinə görə, ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır:

"Amma Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.