İqtisadiyyat

Bu il 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

19 Noyabr 2021 03:17
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 10 ayı ərzində ümumilikdə 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

Nazirlikdən verilən məlumata görə, Ötən ildən ödənişi davam edənlər də daxil olmaqla 12 164 nəfərə bu müddət ərzində sığorta ödənişi həyata keçirilib.

İşsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda təyin edilir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə isə bu ödənişin təyinatı işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda həyata keçirilir.

Ötən il "İşsizlikdən sığorta haqqında" qanuna edilən dəyişikliklə sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişlənməsinə imkan verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.