İqtisadiyyat

Ölkənin su ehtiyatları barədə gündəlik məlumatlar elektron sistemə daxil ediləcək

29 İyun 2021 20:26
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli Qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə Bş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən Respublika üzrə illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar "Elektron su təsərrüfatı" informasiya sisteminə daxil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.