İqtisadiyyat

"Roshen" karameli zay çıxdı - kif aşkarlandı

29 İyun 2021 15:44
Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukraynada istehsal olunan və "Azroşen" MMC tərəfindən ölkəmizə idxal edilən "Roshen" əmtəə nişanlı karamel məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8.3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.