Xəzər vasitəsi ilə yüklərin daşınması müzakirə olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.
Görüşdə ASCO sədri Rauf Vəliyevin başçılıq etdiyi heyət, TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov, Qismət Gözəlov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.
Sədr Rauf Vəliyev qonaqlara 162 illik tarixi olan qurumun fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə geniş məlumat verib. Bildirib ki, ASCO dənizdə yükdaşımalarla yanaşı, neft-qaz sahəsində gəmiçilik xidmətləri də göstərir. Rauf Vəliyev həmçinin, beynəlxalq ticarətin inkişafı, tranzit imkanlarının daha da genişləndirilməsi məqsədilə Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdən də söz açıb. O qeyd edib ki, Xəzər dənizi üzərindən yüklərin daşınması və bu sahənin inkişafına töhfə vermək üçün ASCO da öz növbəsində türkdilli dövlətlərlə əməkdaşlığa hazırdır.
Daha sonra TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov, Qismət Gözəlov Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov və digər şəxslər çıxış edərək türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra qonaqlar ASCO-nun inzibati binasında yaradılan 44 günlük Vətən müharibəsinə həsr olunan interaktiv "Zəfər" guşəsi, ASCO-nun tarixini əks etdirən "Üç əsrin şahidi" muzeyi ilə yaxından tanış olublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





