İqtisadiyyat

Türkiyəyə güzəştli ixrac üçün 72 ton məhsula sertifikat verilib

31 Mart 2021 12:54
Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanla Türkiyə Hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, artıq sahibkarlıq subyektinin xidmətə elektron qaydada daxil olan müraciətinə əsasən 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.