İqtisadiyyat

Azərbaycan iqtisadi azadlıq səviyyəsi üzrə 6 pillə irəliləyib - HESABAT - VİDEO

6 Mart 2021 14:33
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu "İqtisadi Azadlıq İndeksi 2021" hesabatını təqdim edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hesabata əsasən, Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Ölkəmiz bu il dünya üzrə orta göstəricidən yuxarı, Avropa ölkələri səviyyəsində nəticə göstərib. Avropa regionunda 45 ölkə arasında isə 23-cü yerdə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun sözlərinə görə, hesabatın nəticələrinə əsasən, Azərbaycan Polşa, İspaniya, Sloveniya, Fransa, İtaliya və bu kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Bu, iqtisadi azadlıqların və ölkədəki iqtisadi siyasətin liberallıq baxımından nə qədər qanunamüvafiq olduğunu qiymətləndirən bir hesabatdır. Bu hesabatı elmi dairələrlə yanaşı, investorlar, siyasi dairələr və beyin mərkəzləri də mötəbər qəbul edir.

Qarabağa investisiyaların cəlb edilməsində də bu reytinqlərin nəticəsi önəmli rol oynaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.