Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi üzrə davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkə Cənubi Avropaya təbii qaz tədarükü planlarından imtina etməyəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik boru kəməri (TAP) ildə 10 milyard kubmetr həcmində "Şahdəniz" yatağından hasil olunan təbii qazı qəbul etməyə hazır olacaq:
"Cəmi iki həftədən sonra infrastrukturun yeni sahəsi hazır olacaq".
Milli.Az