İqtisadiyyat

Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq

17 Sentyabr 2020 19:27
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda xüsusi karantin rejimində məhdudiyyət tədbirlərinin yumşaldılması ilə 2020-ci ilin dördüncü rübündə iqtisadiyyatın bərpası başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Qazprombank"ın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2020-ci ilin dördüncü rübündə və 2021-vi ildə Azərbnaycan iqtisadiyyatının bərpasına neft-qaz sektoru təsir göstərəcək. Neft-qaz sektorunun iqtisadiyyata mühüm təsiri ortamüddətli perspektivdə qalacaq. Buna 2018-ci ildə "Şahdəniz 2" layihəsinin, 2019-cu ildə TANAP-ın işə salınması və Türkiyə ilə İtaliya daxil olmaqla ixrac bazarlarına çıxış imkanlarının genişlənməsi kömək edir. Bu ölkələr 2020-ci ilin ilk səkkiz ayı ərzində 31 və 19 faiz göstərici ilə Azərbaycandan ən iri idxalçılardır.

Hesabatda o da qeyd olunur ki, məhdudiyyət tədbirləri ilk növbədə qeyri-neft sektoruna təsir göstərdiyi üçün 2020-ci ilin üçüncü rübündə iqtisadiyyat hələ də təzyiq altında qalacaq. Amma, xüsusi karantin rejimi üçüncü rübdə yumşaldığı və ictimai iaşə obyektlərinin fəaliyyət qismən bərpa olunduğu üçün bu müddətdə ÜDM-in azalması ikinci rübün pik dövrü ilə müqayisədə zəifləyəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.