İqtisadiyyat

Komitə sədri: "Azərbaycan koronavirusdan az iqtisadi zərər görən ölkələr sırasındadır"

10 Sentyabr 2020 13:24
Baxış: 897
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər nəticəsində ölkəmiz iqtisadi baxımdan ən az zərər görən dövlətlər sırasındadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, dünyanın bir çox ölkələri iqtisadi baxımdan böyük zərər görüb: "Çox sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı ciddi zərər görməyib. İqtisadiyyatın 7 aylıq göstəricilərinə əsasən ÜDM-nin azalması qeydə alınsa da qeyri-neft sektorunda artım müşahidə edilib. Proqnozlara əsasən də iqtisadiyyatda azalmanın səviyyəsinin aşağı olacağı gözlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.