Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər nəticəsində ölkəmiz iqtisadi baxımdan ən az zərər görən dövlətlər sırasındadır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, dünyanın bir çox ölkələri iqtisadi baxımdan böyük zərər görüb: "Çox sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı ciddi zərər görməyib. İqtisadiyyatın 7 aylıq göstəricilərinə əsasən ÜDM-nin azalması qeydə alınsa da qeyri-neft sektorunda artım müşahidə edilib. Proqnozlara əsasən də iqtisadiyyatda azalmanın səviyyəsinin aşağı olacağı gözlənir.
Milli.Az