İqtisadiyyat

8 ayda sosial təminat üzrə ödənilən vəsait açıqlandı

3 Sentyabr 2020 13:13
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 ayda sosial təminat növləri üzrə ötən ilin eyni dövrünə nisbətən 782,7 mln. manat çox olmaqla 3,8 mlrd. manatdan artıq vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7% və ya 782,7 mln. manat çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.