İqtisadiyyat

"Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir" - Hikmət Hacıyev

15 Avqust 2020 11:54
Baxış: 1 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər biz beynəlxalq təcrübədən danşırıqsa, bir məqamı da qeyd etməliyik ki, ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu borcları isə gələcək nəsillər qaytarmalıdırılar. Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar almışdır:

"Kommunal məsələyə gəldikdə isə, ölkələrin təcrübəsi fərqlidir. Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən istifadə edə bilərlər. Bu da dövlətimizin vətəndaşlara qayğısının növbəti təzahürüdür. Kommunal xidmətlərdən sui istifadənin olmaması üçün bu model hazırlanmışdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.