İqtisadiyyat

Zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklər ediləcək - Samir Şərifov

4 Avqust 2020 16:02
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb. COVID-19 virusunun dünya və ölkə iqtisadiyyatlarına vurduğu ziyanın miqyası çox böyükdür. Pandemiyanın vurduğu zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac duyulur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında deyib.

Nazir bildirib ki, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri proqnozlaşdırılandan da yaxşı səviyyədə yerinə yetirilib.

"Qeyd olunmalıdır ki, birinci yarım ildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarım ildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır", - deyə Samir Şərifov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.