İqtisadiyyat

MEDEF: Azərbaycan və Fransa şirkətləri azı 4 sektorda əməkdaşlıq üçün real imkanlara malikdir

5 İyun 2020 08:07
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Fransa şirkətləri azı 4 sektorda əməkdaşlıq üçün real imkanlara malikdir.

Milli.Az bildirir ki, bunu Trend-ə "MEDEF International"ın Avrasiya, Asiya-Sakit okean regionu və energetika üzrə direktoru Boqdan Qaden-Feerçak deyib.

O bildirib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üzrə ambisiyalı proqram reallaşdırır və islahatların sürətləndirilməsi prosesinə sadiqdir:

"Dünya Bankının "Doing Business" hesabatına əsasən Azərbaycan 2019-cu ildə islahatçı ölkələr sırasında ilk onluğa daxil olub. Fikrimcə, bu iki müsbət tendensiya azı dörd sahədə: kənd təsərrüfatı, "yaşıl enerji"yə keçid, nəqliyyat və logistika, rəqəmsal sektor üzrə əməkdaşlıq üçün real imkanlar açır".

O, xatırladıb ki, Azərbaycan dövlət orqanlarının nümayəndələri ilə görüşlər zamanı, eləcə də bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarovla onlayn müzakirələrdə Fransa şirkətlərinin təqdim etdiyi layihələrdə uzunmüddətli yanaşma, potensialın artırılması, bilik və texnologiyalarla mübadilə kimi amillərin nəzərə alınacağı barədə fikir mübadiləsi aparılıb.

"Bu, şübhəsiz ki, vacib aspektdir və Fransa ilə Azərbaycan şirkətləri arasında münasibətləri möhkəmləndirməyə kömək edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.