İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

27 May 2020 20:24
Baxış: 3 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 34,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 33,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.