İqtisadiyyat

Azərbaycanda sənaye istehsalının həcmi artıb

26 May 2020 10:16
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,0 faiz artaraq 13,0 milyard manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənayenin qeyri neft-qaz sektorunda istehsal əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 16,8 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.

Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma, 30,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,8 faiz olub. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.