İqtisadiyyat

Yükdaşımada təmassız keçidin təmini üçün Fider tipli Balkan gəmisinin istifadəsinə başlanılır - VİDEO - FOTO

13 Aprel 2020 17:19
0 Şərh     Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan ADY Conteyner koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərini davam etdirir. Bu işlər çərçivəsində yükdaşımada təmassız keçidi təmin etmək üçün Fider tipli Balkan gəmisinin istifadəsinə başlanılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Conteyner" MMC-nin direktoru Natiq Cəfərov deyib.

Onun sözlərinə görə, Fider tipli Balkan gəmisi ilə Türkiyə Azərbaycan ərazisindən istifadə olunaraq konteynləşdirilmiş yüklər Orta Asiyaya daşınacaq:

"Bu gündən Türkiyə və Azərbaycan ərazisindən keçməklə Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsinin sadələşdirilməsi üçün Fider tipli Balkan gəmi xətti fəaliyyətə başlayır və gəmi həftədə bir dəfə olaraq fəaliyyət göstərəcək. Yükün həcmi artarsa, bu xəttin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Bunu "ADY Conteyner" Türkiyənin logistika mərkəzi və Bakı Limanının dəstəyi ilə həyata keçirir".

N.Cəfərov əlavə edib ki, növbəti addımda isə İstanbulun Dərinci və Mersin limanlarından daimi olaraq blok qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək və Orta Asiyaya daşınması həyata keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.